DÜNYA


Antonio Quterreş: Biz üçqat təhdidlə üzləşən 70 milyon miqrantı və qaçqını müdafiə etməliyik

Bakı, 3 iyun, AZƏRTAC

BMT-nin Baş katibinin növbəti bəyanatı pandemiya şəraitində qaçqınların və miqrantların müdafiəsi mövzusuna həsr edilib. Antonio Quterreş vurğulayıb ki, bu gün üçqat təhdidə məruz qalan insanların dəstəklənməsi bütün cəmiyyətin mənafelərinə uyğundur.

AZƏRTAC BMT-nin xəbərlər saytına istinadla bildirir ki, Baş katib vurğulayıb: “Heç bir ölkə təkbaşına nə pandemiyanın, nə də miqrasiya böhranının öhdəsindən gələ bilməyəcək. Lakin biz əlbir olsaq, virusun yayılmasını ləngitməyə, əhalinin ən həssas qrupları üçün onun nəticələrini yumşaltmağa və elə etməyə nail ola bilərik ki, bərpadan sonra istisnasız olaraq bütün vətəndaşların həyatı yaxşılaşsın”.

Baş katib daha sonra deyib: “COVID-19” təhlükəsi miqrantlara və qaçqınlara münasibətdə ksenofobiyanın, irqçiliyin genişlənməsinə səbəb olub. Qadınlar və qızlar daha pis vəziyyətdədir. Onlar zorakılıq və istismar təhlükəsinə məruz qalır”.

Quterreş böhran şəraitində başqa insanların ləyaqət hissinə hörmət etməyə çağırıb və hərəkətin məhdudlaşdırılmasına, sərhəd nəzarətinin güclənməsinə baxmayaraq, qaçqınların müdafiəsinə dair beynəlxalq prinsiplərə tam riayət edən ölkələri nümunə göstərib.

BMT rəhbəri xatırladıb ki, hər kəs “COVID-19”dan müdafiə olunmayınca heç kəs özünü təhlükəsizlikdə hiss edə bilməz, buna görə də diaqnostik və dərman preparatları, eləcə də virusa qarşı vaksin hamı üçün əlçatan olmalıdır.

Antonio Quterreş miqrantların malik olduğu potensialı dövlətlərə xatırladaraq deyib: “Qaçqınlar və miqrantlar çoxsaylı problemlərlə üzləşdiklərinə baxmayaraq, fədakarcasına çalışır, həyati əhəmiyyətli işlər görürlər. Məsələn, bütün dünyada tibb bacılarının orta hesabla 8 nəfərindən biri doğulduğu ölkədən başqa yerdə çalışır”.

Baş katib hökumətlərə müraciətlə miqrasiya prosesini tənzimləyən tədbirlər görməyə, pul baratları göndərilməsi xərclərini azaltmağa çalışıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.