DÜNYA


Antonio Quterreş Mariupoldan insanların təxliyəsində iştirak edən hər kəsə təşəkkür edib

Vaşinqton, 10 may, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Mariupolun mühasirəyə alınmış “Azovstal” metallurgiya kombinatından və digər rayonlarından 170-dən çox dinc sakinin təxliyəsində iştirak edən hər kəsə təşəkkür edib.

AZƏRTAC xəbər verir ki, Baş katib deyib: “Mən bu mürəkkəb əməliyyatın bütün iştirakçılarına, o cümlədən Kiyev və Moskvadakı rəhbərlərə zəruri humanitar fasilələrin təmin edilməsinə görə təşəkkürümü bildirirəm. Mən BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsi komandalarının yerlərdə göstərdiyi qətiyyəti və cəsarəti alqışlayıram”.

A.Quterreşin sözlərinə görə, mayın 8-də həyata keçirilmiş son əməliyyat nəticəsində “Azovstal” və Mariupoldan təxliyə olunan dinc sakinlərin sayı 600 nəfəri ötüb. “Mən münaqişə tərəflərini insanların onların istəklərinə uyğun hər hansı istiqamətə təhlükəsiz gedə bilmələrini təmin etmək üçün səylərini əsirgəməməyə çağırıram. Həmçinin ehtiyacı olanlara köməyin çatdırılmasına nail olunması çox vacibdir”, - deyə BMT Baş katibi bəyan edib.

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.