DÜNYA


Antonio Quterreş ərəb koalisiyasının Yəmənə aviazərbə vurmasını pisləyib

Antonio Quterreş ərəb koalisiyasının Yəmənə aviazərbə vurmasını pisləyib

Bakı, 10 avqust, AZƏRTAC

BMT-nin baş katibi Antonio Quterreş Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya tərəfindən Yəmənin Saada şəhərinə aviazərbə vurulmasını pisləyib.

AZƏRTAC xəbər verir ki, baş katibin mətbuat ofisinin məlumatında Antonio Quterreşin həlak olanların ailəsinə başsağlığı verdiyi bildirilir. Vurğulanır ki, BMT-nin baş katibi bir daha problemi siyasi yolla həll etməyə, Yəmən dialoqu daxilində danışıqlara çağırıb.

Xatırladaq ki, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin öz “Twitter” səhifəsində yaydığı məlumata görə, Saada şəhərinə aviazərbə nəticəsində ölənlərin sayı 50-yə çatıb, habelə 77 nəfər yaralanıb.

Ərəb koalisiyası öz bəyanatında zərbənin avqustun 9-na keçən gecə Səudiyyə Ərəbistanının Cizan şəhərinə raket atan husilərin buraxılış qurğusuna endirildiyini bildirib.

Yəməndə 2014-cü ilin avqustundan başlayan silahlı münaqişəyə hələ də son qoymaq mümkün olmayıb. Münaqişənin bir tərəfində “Ənsar Allah” şiə qruplaşmasına məxsus husi üsyançıları, digər tərəfdə isə hökumət qüvvələri və prezident Mansur Hadiyə sadiq könüllülər iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.