DÜNYA


Antonio Quterreş koronavirus xəstəsi ilə təmasdan sonra özünütəcrid rejiminə keçib

Bakı, 8 dekabr, AZƏRTAC

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş koronavirus xəstəsi ilə təmasdan sonra dekabrın 9-dək özünütəcrid rejiminə keçib. Baş katibdə xəstəliyin əlamətləri müşahidə olunmur.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Quterreşin nümayəndəsinin müavini Farhan Hak bildirib.

Hak deyib: “Biz təsdiqləyirik ki, Baş katib koronavirus testinin cavabı müsbət çıxan şəxslə təmasda olub. Baş katibin birinci testinin cavabı neqativdir, onda xəstəliyin əlamətləri müşahidə olunmur. Lakin ehtiyat tədbiri kimi, o, dekabrın 9-dək, yeni test götürülən tarixədək evdən işləyəcək”.

Bundan əvvəl 72 yaşlı Quterreşin özünütəcrid rejiminə keçməsi barədə bir sıra KİV-lərdə ayrı-ayrı mənbələrə istinadən məlumat yayılıb. Qeyd edək ki, Nyu-Yorkda koronavirusun “omikron” ştamına yoluxma halları aşkarlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.