CƏMİYYƏT


Antonio Quterreş: son 30 ildə 420 milyon hektardan artıq meşə sahəsi itirilib

Bakı, 4 mart, AZƏRTAC

Hər il biz 4,7 milyon hektar meşə sahəsini itiririk ki, bu da Danimarka kimi ölkənin ərazisindən çoxdur. AZƏRTAC xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş martın 3-də qeyd olunan Ümumdünya Vəhşi Təbiət Günü münasibətilə müraciətində xatırladıb. Cari ildə Ümumdünya Vəhşi Təbiət Günü milyonlarla insanın dolanışıq mənbəyi olan meşələrin qorunmasına həsr olunub.

Son otuz ildə Yer üzündə meşələrin yox olması tempi yavaşlayıb, lakin, buna baxmayaraq 1990-cı ildən bəri təxminən 420 milyon hektar meşə sahəsi itirilib. Axı planetin bütün yer üzü bioloji müxtəlifliyinin əsas hissəsini meşələrə təsadüf edir: 60 min müxtəlif bitki və ağac növü, bütün növ suda-quruda yaşayanların 80 faizi, quş növlərinin 75 faizi və məməli növlərinin 68 faizi. Meşələrin yox olması bir çox vəhşi flora və fauna növünün yox olmasına gətirir.

BMT Baş katibi Antonio Quterreş müraciətində planetin ən yoxsul əhalisinin 90 faizinin bu və ya digər şəkildə meşə ehtiyatlarından asılı olduğunu xatırladıb. "Bu, xüsusilə meşələrdə və ya onun yaxınlığında yaşayan yerli əhaliyə aiddir", - deyə BMT rəhbəri vurğulayıb. - "Yerli xalqlar, planetin toxunulmamış meşələrinin bir hissəsi də daxil olmaqla, dünya torpaqlarının təxminən 28 faizinə sahibdirlər".

O əlavə edib ki, meşələrin məhv edilməsi yerli xalqların icmalarına ziyan vurur və biomüxtəlifliyin itirilməsinə və iqlimin desabitləşməsinə gətirib çıxarır. “Hər il biz 4.7 milyon hektar meşə sahəsini itiririk, bu da Danimarka kimi bir ölkənin ərazisindən çoxdur. Bunun əsas səbəblərindən biri də kənd təsərrüfatının israfçılıqla aparılmasıdır”, – deyə BMT rəhbəri xəbərdar edib.

Onun sözlərinə görə başqa bir səbəb, bəzi ölkələrdə tropik meşələrin qırılmasının 90 faizini təşkil edən ümumdünya ağac ticarətidir. Əlavə təhlükə, bundan başqa, Ebola və COVID-19 kimi zoonoz xəstəliklərin də riskini artıran vəhşi təbiət növlərinin qanunsuz ticarəti ilə əlaqəlidir.

“Buna görə də, bu il Ümumdünya Vəhşi Təbiət Günündə hökumətləri, işgüzar dairələri və dünyadakı bütün insanları meşələrin və meşə növlərinin qorunması üzrə fəaliyyətdə daha fəal iştirak etməyə, eləcə də meşə cəmiyyətlərini dəstəkləməyə və onların ehtiyaclarını və tələbatlarını nəzərə almağa çağırıram”, – deyə Baş katibin müraciətində bildirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.