DÜNYA


Antonio Quterreşin dünya birliyini jurnalistləri müdafiə etməyə çağırıb

Bakı, 2 noyabr, AZƏRTAC

BMT-nin baş katibi Antonio Quterreş 2 noyabr - “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü” münasibətilə ictimaiyyətə müraciət edib. O, dünya birliyini jurnalistləri müdafiə etməyə çağırıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, BMT-nin baş katibi müraciətdə hökumətləri və beynəlxalq birliyi jurnalistləri müdafiə etməyə, onların işi üçün zəruri şərait yaratmağa çağırıb. Bildirilir ki, həqiqət axtarışında olan jurnalistlər bəzən öldürülsələr də, onların əməyi həqiqətin heç vaxt ölmədiyinə zəmanət verir. Müraciətdə jurnalistlərin təhdidlərə baxmayaraq hər gün öz işlərini yerinə yetirdikləri, son on ildə mindən çox jurnalistin öz vəzifəsini icra edərkən öldürüldüyü bildirilir.

Xatırladaq ki, BMT Baş Assambleyasının 2013-cü ildə qəbul edilmiş qətnaməsinə əsasən noyabrın 2-si “Jurnalistlərə qarşı cəzasız cinayətlərə son qoyulması günü” elan edilib. Bu tarix 2013-cü il noyabrın 2-də Fransa radiosunun Malidə qətlə yetirilmiş iki jurnalistinin xatirəsinə ehtiram əlaməti kimi seçilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.