İDMAN


Antuan Qrizman İspaniyanın ən yaxşı futbolçusu seçilib

 

Bakı, 10 dekabr, AZƏRTAC

İspaniyanın “Atletiko Madrid” futbol klubunun hücumçusu Antuan Qrizman dekabr ayında İspaniya çempionatında ən yaxşı futbolçu adına layiq görülüb.

AZƏRTAC klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı fransız futbolçu keçirilən səsvermə nəticəsində La liqanın ən yaxşı futbolçusu seçilib.

Qrizman dekabr ayında Madrid təmsilçisinin heyətində keçirdiyi 4 oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. Hücumçu cari mövsümdə 25 oyunda 12 qol vurub və 7 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Qrizman Fransa millisinin tərkibində Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında dünya çempionu olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.