İDMAN


Anzor Qaunov: Bakıda “Böyük dəbilqə” cüdo turniri yüksək səviyyədə təşkil edilib

Bakı, 11 may, AZƏRTAC

Bakıda “Böyük dəbilqə” beynəlxalq cüdo turniri yüksək səviyyədə təşkil edilib. Burada idmançılar üçün hər cür şərait yaradılıb.

Bunu ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük dəbilqə” beynəlxalq turnirində iştirak edən cüdo üzrə Rusiya milli komandasının böyük məşqçisi Anzor Qaunov AZƏRTAC-a müsahibəsində deyib.

Yarışa güclü komanda ilə qatıldıqlarını vurğulayan məşqçi bildirib: “Böyük dəbilqə” Tokio Yay Olimpiya Oyunlarına lisenziya xalı verən ən nüfuzlu turnirlərdən biridir. İdmançılarımızın Bakı turnirində uğur qazanacaqlarına əminəm”.

Üç gün davam edəcək nüfuzlu yarışda 57 ölkədən 449 cüdoçu mübarizə aparır. Azərbaycan bu turnirdə 43 idmançı (28 oğlan, 15 qız) ilə təmsil olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.