Apellyasiya Komissiyasına müraciət edən 668 şagirdin 743 tapşırıq üzrə qiymətində dəyişiklik edilib
AzerTAg.az
Bakı, 16 may, AZƏRTAC
Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 5-6-da keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə bağlı yaradılmış Apellyasiya Komissiyasına müraciət edənlərdən 668 şagirdin (bütün imtahan verənlərin 1,4 faizi) cəmi 743 tapşırıq (bütün tapşırıqların 0,06 faizi) üzrə qiymətində dəyişiklik edilib, digər iddialarla bağlı isə şagirdlərə yazı işinin yerinə yetirilməsində yol verdikləri səhvlər izah edilib.
Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildirilib ki, 126 işdə edilmiş düzəlişlər imtahan verənin yazılı cavab tələb edən tapşırığın həllini (və ya cavabını) başqa yazılı cavab tələb edən tapşırıq üçün ayrılmış yerdə yazması ilə bağlı meydana gələn hallara aiddir.

Xəbərin mətnində orfoqrafik səhv var