İDMAN


Apelyasiya Arbitraj Tribunalı “Zirə”nin apelyasiya şikayətini təmin edib

Bakı, 22 oktyabr, AZƏRTAC

Apelyasiya Arbitraj Tribunalı “Zirə” futbol klubunun apelyasiya şikayətini təmin edib.

AZƏRTAC xəbər verir ki, İntizam Komitəsinin oktyabrın 6-da çıxardığı qərar ləğv olunub.

Komitə oktyabrın 3-də Azərbaycan Premyer Liqasının V turunun “Zirə”–“Neftçi” oyununda ehtiyat qapının standartlara uyğun olmadığını əsas gətirərək, qəsəbə klubunu 800 manat cərimələmişdi.

Qeyd edək ki, bu görüş “Zirə”nin qələbəsi ilə yekunlaşıb - 1:0.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.