DÜNYA


Apendiks artıq dərmanla müalicə olunacaq

Riqa, 2 oktyabr, AZƏRTAC

Finlandiya alimləri tez-tez aparılan apendiks əməliyyatının antibiotik müalicəsi ilə sağala biləcəyini aşkarlayıblar.

Aparılan araşdırmalar göstərib ki, xəstələrin üçdə ikisində antibiotik müalicəsi yaxşı nəticə göstərib və keçən 5 il ərzində apendiks narahatlığı yaşamayıblar. İndiyədək bu xəstəlik ancaq cərrahi yolla aradan götürülüb, lakin yeni texnologiyalar daha dəqiq rentgen aparmağa imkan yaratdığı üçün çarənin yalnız mexaniki üsulda olmadığı məlum olub. Problem əksər xəstələrdə dərmanla müalicə olunacaq səviyyədədir.

Araşdırmanın nəticələri “Journal of the American Medical Association” dərgisində də nəşr olunub və dünya tibb aləmində ciddi addım adlandırılıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Riqa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.