İQTİSADİYYAT


“AppLab” Mərkəzi biznes planın hazırlanması üzrə intensiv təlimlərə başlayıb

Bakı, 28 avqust, AZƏRTAC

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “AppLab” proqramının iştirakçılarının davamlı inkişafını dəstəkləmək məqsədilə təlimlərə başlayıb.

Şirkətdən AZƏRTAC-a bildirilib ki, təlimlərin mövzuları seçilərkən şirkətin inkubasiya mərkəzində fəaliyyət göstərən komandaların istək və ehtiyacları nəzərə alınıb. “Biznes planın qurulması” adlanan ilk təlimdə düzgün tərtib olunmuş biznes planının startapın uğur qazanmasında rolu, onun strukturu, hazırlanması, tətbiqi və qiymətləndirilməsi prosesi haqqında danışılıb. Təlimin sonunda “Applab” iştirakçıları üzərində çalışdıqları layihələrin ilk biznes planlarını qurublar.

“İştirak etdiyim bu ilk təlim sayəsində məhsulun satışa çıxarılması və investorlarla əlaqələrin qurulmasının müxtəlif üsulları barədə ətraflı məlumat əldə etmişəm. Bundan əlavə, bu təlim biznes planın hazırlanması və biznes planın istənilən startap üçün nə dərəcədə əhəmiyyətli olmasını əyani şəkildə sübut etdi”, – deyə “BuilDay” adlı tətbiqetmənin təsisçisi Sadıq Hüseynov bildirib.

Şirkətin inkubasiya mərkəzində fəaliyyət göstərən 7 layihənin komanda üzvləri “Piçinq üzrə ustad dərsi”, “Blockchain”ə giriş üzrə intensiv təlim”, “İnvestorlarla əlaqələrin İnkişaf etdirilməsi üzrə intensiv təlim”, “Biznes planın hazırlanması üzrə intensiv təlim”, “Layihələrin idarə olunmasının əsasları üzrə təlim” mövzularında keçiriləcək təlimlərdə iştirak etməklə öz bacarıqlarını artıracaq.

Hər bir təlim əsas nəzəri və praktik hissələrdən (“case study”) ibarət olacaq. Ümumilikdə, təlimlərin müddəti 25 saatdır. Üç ay davam edəcək təlimlərdə “Applab” tərəfindən dəstəklənən komandalar düzgün biznes planın yazılması, layihələrin idarə olunması, investorlar qarşısında çıxış və əlaqələrin qurulması üzrə lazımi bilik və bacarıqlar əldə edəcək.

Təlimlər ölkə daxilində təlim, qiymətləndirmə və konsaltinq xidməti göstərən aparıcı şirkətlərdən olan “CAC Training Center”lə birgə təşkil olunur.

“AppLab” regional səviyyədə ideyaların, mobil tətbiqlərin və texnologiyaların pilot versiyadan hazır məhsul halına gətirilməsi üçün seçilmiş developerlərə kömək etmək məqsədilə yaradılmış sürətləndirilmiş icra modelidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.