DÜNYA
“Apple” 2017-ci ildə 3 “iPhone”u təqdim edəcək
Bakı, 28 oktyabr, AZƏRTAC
“Apple” yeni “iPhone 8”, “iPhone 8 Plus” və “iPhone 7 SE” smartfonlarını istifadəyə verməyə hazırlaşır.
AZƏRTAC-ın “vistanews.ru” saytına istinadən məlumatına görə, yeniliklərin buraxılışı 2017-ci il üçün nəzərdə tutulub.
Şirkət birdən-birə 3 cihaz istehsal edəcək və onların müxtəlif həcmli displeyləri olacaq.
Bildirilir ki, “Apple” qismən ucuz smartfon olan “iPhone 7 SE”ni istifadəyə verəcək ki, bu da şirkətin yeddinci nəsil smartfonunun ən ucuz modeli olacaq. Bu smartfon indiyədək istehsal olunan bütün orijinal “iPhone”lar arasında ən ucuzu olacaq. Hələlik qiymətin nəyin hesabına ucuzlaşdırıldığı məlum deyil.
Buna baxmayaraq, əsas yeniliklər yenə də tamamilə yeni dizaynlı yubiley modeli olan “iPhone 8” və “8 Plus” olacaq. Bəzi məlumatlara görə, bunlar tam olaraq şüşədən istehsal olunacaq. Cihazın korpusu isə əhəmiyyətli dərəcədə daralacaq.
Ehtimallara görə, şirkət “iPhone 7 SE”ni yazda, “iPhone 8” və “8 Plus” smartfonlarını isə payızda nümayiş etdiriləcək.