DÜNYA


“Apple” ABŞ iqtisadiyyatına 430 milyard dollar investisiya qoyacaq

Bakı, 28 aprel, AZƏRTAC

“Apple” şirkəti növbəti 5 il ərzində ABŞ iqtisadiyyatına 430 milyard dollar investisiya yatırmaqla bağlı planlarını açıqlayıb. Şirkət ABŞ-da 20 minədək yeni iş yeri yaratmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, “iPhone” istehsalçısının ABŞ iqtisadiyyatına 430 milyard dollar məbləğində töhfəsinə öz data mərkəzlərinə investisiyalar, ölkə daxilində kapital xərcləri və digər daxili xərclər, o cümlədən 20 ştatda onlarla “Apple TV ” layihəsi, minlərlə iş yerinin yaradılması və yaradıcılıq sənayesinin dəstəklənməsi daxildir.

Şirkətin Baş direktoru Tim Kukun sözlərinə görə, ayrılan vəsaitlər süni intellektin tətbiqi ilə qabaqcıl texnologiyaların hazırlanmasına, eləcə də ekoloji təmiz istehsalın inkişafına xidmət edəcək.

İnvestisiya planı çərçivəsində “Apple” tərəfindən Şimali Karolinada yeni ofis kompleksinin inşasına 1 milyard dollar ayrılacaq. Kampusa 3 min nəfərin çalışacağı universitet şəhərciyi və mühəndis mərkəzi daxil olacaq. Onlar maşın öyrənməsi, süni intellekt, proqram təminatı hazırlanması və sair sahələrdə işləmələrlə məşğul olacaqlar. Kampusun tikintisinin regionun inkişafına kömək edəcəyi bildirilir.

Bundan başqa, “Apple” yerli məktəb və icmaların dəstəklənməsi üçün 100 milyon həcmində xüsusi fond yaratmaq və infrastrukturun – genişzolaqlı rabitənin çəkilməsi, yolların inşası və digər funksiyaların inkişafına daha 110 milyon dollar xərcləmək niyyətindədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.