DÜNYA
“Apple” Rusiya videoservisindən dövlət KİV-lərinin səhifələrini bağlamağı tələb edib
Moskva, 15 avqust, AZƏRTAC
ABŞ-ın “Apple” şirkəti Rusiyanın “Rutube” videohostinqindən iOS əməliyyat sistemindəki əlavəsindən dövlət KİV-lərinin səhifələrini silməyi tələb edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Rutube” servisi məlumat yayıb. Bildirilir ki, “Apple” şirkəti iki həftə ərzində ya əlavəni yalnız rusiyalı istifadəçilər üçün açıq etməyi, ya da dövlət KİV-lərinin səhifələrini bağlamağı təklif edib. Əks halda, “Rutube” əlavəsi “Apple” əlavələr mağazasından silinəcək.
"Rutube” Rusiya KİV-lərinin səhifələrinə məhdudiyyət qoymağı planlaşdırmır. Eyni zamanda, servis artıq Rusiya, Qazaxıstan və Belarusdan başqa digər ölkələrin istifadəçiləri üçün girişi məhdudlaşdırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [18:04]
Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb
- 25.04.2024 [17:57]
Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib
- 25.04.2024 [16:31]
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
- 25.04.2024 [15:25]
Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar
- 25.04.2024 [15:19]
İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb
- 25.04.2024 [15:03]
Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub
- 25.04.2024 [14:58]