DÜNYA
“Apple” kompaniyası Çinin “App Store” mağazasından minlərlə əlavəni çıxarıb
Bakı, 20 avqust, AZƏRTAC
“Apple Inc” kompaniyası “App Store” mağazasının Çin versiyasından ölkədə qeyri-qanuni olan minlərlə qumar oyunu çıxarıb.
AZƏRTAC bu barədə Interfax informasiya agentliyinə istinadla xəbər verir. Kompaniyanın bazar ertəsi günü yaydığı məlumatında deyilir: “Çində Qumar oyunları qanunla qadağan edilib və onların “App Store” mağazasında yayılmasına icazə verilmir. Biz artıq Çinin “App Store” mağazasında yayılan bir çox əlavəni çıxarmışıq”.
Hələ “Apple”ın rəsmi press-relizi çap olunmazdan öncə Çinin CCTV telekanalı kompaniyanın “App Store” mağazasından 25 min əlavəni pozduğu barədə məlumat yaymışdı. Lakin pozulan əlavələrin miqdarı barədə telekanalın bu məlumatı şirkət tərəfindən təsdiqlənməyib.
Qeyd edək ki, ÇXR tərəfindən qoyulan məhdudiyyətlər səbəbindən “Apple” 2017-ci ildə 700-ə yaxın VPN-əlavəsini pozmuşdu. Bu əlavə bloklamadan yayınmaq və Çində qadağa qoyulan saytlara daxil olmaq üçün istifadə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:08]
ABŞ-ın Ukraynaya yeni hərbi yardım paketinin dəyəri bir milyard dollardır
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]