DÜNYA


“Apple” kompaniyasının gəlirləri son bir neçə ildə ilk dəfə azalıb

“Apple” kompaniyasının gəlirləri son bir neçə ildə ilk dəfə azalıb

Bakı, 3 fevral, AZƏRTAC

“Apple” kompaniyasının 2022-ci ilin oktyabr-dekabr ayları üzrə gəlirləri son üç il yarımda ilk dəfə azalıb.

AZƏRTAC “Financial Times” nəşrinə istinadla xəbər verir ki, kompaniyanın hesabatına əsasən, 2022-ci ilin son rübündə əməliyyat gəlirləri 117,2 milyard dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 5,5 faiz azdır. Ötən rübün xalis gəliri isə 13,4 faiz azalaraq 30 milyard dollar olub.

“Apple” rəhbərliyi bunu “iPhone” smartfonlarının istehsalı üzrə dünyadakı ən böyük müəssisəsinin yerləşdiyi Çinin Çjençjou şəhərində koronavirus pandemiyasının sürətlə yayılması səbəbindən təchizat zəncirində problemlərin yaranması ilə izah edib. Kompaniyanın məlumatına görə, artıq bütün problemlər aradan qaldırılıb və müəssisədə istehsalat müvafiq səviyyəyə çatıb.

Əsası 1976-cı ildə qoyulan “Apple” iPhone smartfonları, iPad planşetləri, iMac kompüterləri , MacBook noutbukları və digər yüksək texnologiyalı məhsulların istehsalı ilə məşğul olur. Kompaniyanın mənzil-qərargahı ABŞ-ın Kupertino şəhərində (Kaliforniya ştatı) yerləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.