DÜNYA


“Apple” kompaniyasının kapitalı bir trilyon dolları ötüb

Bakı, 12 sentyabr, AZƏRTAC

Yeni “iPhone” smartfonlarının və digər texnikaların təqdimatından sonra ABŞ-ın “Apple” kompaniyasının bazar kapitalı yenidən bir trilyon dolları keçib.

AZƏRTAC xəbər verir ki, “NASDAQ” elektron birjasının saytında yerləşdirilən məlumata əsasən, sentyabrın 11-i axşam saatlarında “Apple” kompaniyasının kapitalı 1 trilyon 10 milyard 443 milyon dollar təşkil edib. Mənzil qərargahı Kaliforniya ştatının Kupertino şəhərində yerləşən kompaniyanın aksiyalarının qiyməti əvvəlki günlə müqayisədə 3,18 faiz bahalaşıb.

Ötən ilin payız aylarında “Apple” bazar kapitalı bir trilyon dolları keçən ABŞ-ın ilk kompaniyası olmuşdu. Sonradan kompaniyanın kapitalı azalaraq 950 milyard dollar ətrafında dəyişirdi.

Sentyabrın 10-da “Apple” kompaniyası “iPhone” smartfonunun, “iPad” planşetinin və “Apple Watch” saatlarının yeni modellərini təqdim edib. 1976-cı ildə əsası qoyulan kompaniya bundan əlavə “iMac” kompüterlərini, “MacBook” noutbuklarını, “iPod” musiqi pleyerlərini və yüksək texnoloji texnikalar istehsal edir. “Apple” son beş il ərzində ABŞ iqtisadiyyatına 350 milyard dollar vəsait yatırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.