DÜNYA


“Apple” korporasiyası ABŞ-dakı mağazalarını bağlamaqda davam edir

Bakı, 3 iyul, AZƏRTAC

“Apple” korporasiyası ABŞ-dakı mağazalarını bağlamaqda davam edir.

AZƏRTAC xəbər verir ki, bu barədə şirkət məlumat yayıb. Bildirilir ki, koronavirusa yoluxma hallarının artması səbəbindən “Apple” Los-Anceles, Las-Veqas, Alabama, Aydaho, Oklahoma, Corciya və Luizianadakı bir neçə mağazasını bağlayacaq.

Daha əvvəl Florida, Missisipi, Texas və Yuta ştatlarında mağazalarını bağlayan “Apple”nin bağlanan mağazalarının sayı 77-yə çatıb.

“Apple” ilin əvvəlindən ABŞ-da 200-dən çox mağazanı yenidən açmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.