DÜNYA


“Apple” öz brauzerinin yeni versiyasını təqdim edib

Bakı, 22 sentyabr, AZƏRTAC

“Apple” öz brauzerinin yeni versiyasını təqdim edib. Artıq məlumatın toplanılmasına qarşı intellektual mühafizə sisteminə malik “Safari 11” brauzeri “macOS Sierra” və “OS X El Capitan” sistemləri üçün əlçatandır.

AZƏRTAC xəbər verir ki, brauzerin yeni versiyasında istifadəyə verilən yeni funksiyalar “Videonun avtomatik göstərilməsinin avtomatik blok edilməsi”, “Üçüncü şəxslər tərəfindən məlumatın toplanılmasına qarşı müdafiə sistemi” və “Ayrı-ayrı saytların göstərilməsi ilə bağlı qabaqcıl sazlama”dır.

İndi miqyaslama səviyyəsini seçmək, oxuma rejimini işə salmaq və hər bir sayt üçün lazımi məhdudiyyətlər təyin etmək olar. Brauzerin işləmə sürəti artıb, HTML5 məzmun üçün yeni idarəetmə elementləri istifadəyə verilib.

Yeniləmə “Mac App Store”də bütün istifadəçilər üçün əlçatandır.

“MacOS High Sierra” əməliyyat sistemi sentyabrın 25-də buraxılacaq. “Safari 11” brauzeri yeni sistemdə əsas brauzer olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.