ELM VƏ TƏHSİL
“Apple” qurğuların istehsalında biomateriallardan istifadə etməyi planlaşdırır
Bakı, 23 noyabr, AZƏRTAC
Ətraf mühitin təmizliyi uğrunda mübarizədə “Apple” korporasiyası bir ilkə imza atmaq niyyətindədir. Belə ki, şirkət təbiətə ziyan vurmadan zamanla özüparçalanan “iPhone” və “MacBook” hazırlayacaq. Bunun üçün korporasiyanın rəhbərliyi qurğuların istehsalı zamanı biomateriallardan istifadə etməyi planlaşdırır.
AZƏRTAC vistanews.ru saytına istinadla xəbər verir ki, mütəxəssislər gələcəkdə qurğularda yalnız özü parçalana bilən komponentlərdən istifadə etməyi hədəfləyirlər. Həmçinin qadcetlərin yaradılması üçün tullantıdan istifadə etmək təklif olunur. Onlar əsas problemi “Apple” cihazlarının akkumulyatorlarında istifadə olunan zəhərli materialların əvəz edilməsində görürlər.
Gələn il “Apple” şirkəti “iPhone X” smartfonunun üç variantını təqdim edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]