DÜNYA


“Apple” şirkəti “iPhone”da “Touch ID”dən imtina edib

“Apple” şirkəti “iPhone”da “Touch ID”dən imtina edib

Bakı, 31 mart, AZƏRTAC

“Apple” şirkəti, nəhayət daxili “Touch ID” barmaq izi sensoru ilə smartfon buraxmaq fikrindən imtina edib. Bu barədə özünün tviter səhifəsində nüfuzlu insayder Ming-Ci Kuo bildirib.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, mütəxəssisin sözlərinə görə, ABŞ şirkəti yaxın illərdə analoji “iPhone” yaratmaq ideyasından imtina edib. Belə ki, daxili barmaq izi sensoru olan smartfon ən azı 2025-ci ilə qədər istehsal olunmayacaq.

İnsayder öz təxminlərini şirkətin “Face ID” biometrik sensorunun işinin necə həyata keçirilməsindən razı qalması ilə izah edib. Hazırda “Apple” üz maskaları olan istifadəçilər üçün smartfonun açarını açmaq üçün iki üsul təklif edir – “Apple Watch”dan istifadə etməklə və ya göz ətrafındakı nahiyələri skan etməklə.

Maskalı üz ilə açardan çıxarma funksiyası “Apple” tərəfindən bu il yanvarın sonunda əlavə edilib. Şirkətin mütəxəssislərinin fikrincə, smartfon “göz ətrafındakı unikal nahiyələrdən” istifadə etməklə öz sahibini tanıya bilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.