DÜNYA
“Apple” şirkəti ikinci nəsil “iPhone SE” smartfonunu təqdim etməyə hazırlaşır
Bakı, 23 noyabr, AZƏRTAC
“Apple” şirkəti ikinci nəsil “iPhone SE” smartfon modelini 2018-ci ilin birinci yarısında təqdim edəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Economic Daily News” nəşri məlumat yayıb. Şərti adı “iPhone SE 2” olan smartfon eksklüziv olaraq Tayvanın “Wistron” istehsalçısı tərəfindən orijinal “iPhone SE” modelinin yığıldığı Hindistanın Benqalur şəhərində yerləşən fabrikdə hazırlanacaq.
“iPhone SE 2” smartfonunun ənənə üzrə 2018-ci ilin martında keçiriləcək mətbuat tədbirində nümayiş olunacağı gözlənilir.
İlkin məlumatlara görə, “iPhone SE” modelini əvəzləyəcək “iPhone SE 2” smartfonu “Apple A10” prosessoru daxil olmaqla, ötən il buraxılan “iPhone 7” ilə eyni texniki imkanlara malik olacaq. Bununla yanaşı, yeni qurğunun 4 düym diaqonallı dizaynı və “Touch ID” barmaq izi skanerini saxlayacağı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [17:06]
“Telegram”da yeni funksiyalar olacaq
- 29.03.2024 [17:00]
Rəcəb Tayyib Ərdoğan may ayında Vaşinqtona səfər edəcək
- 29.03.2024 [16:51]
Türkiyədə bələdiyyə seçkilərinə hazırlıq başa çatıb
- 29.03.2024 [16:03]
Almaniyada kimlər daha çox pensiya alır?
- 29.03.2024 [15:54]
Pasxa ərəfəsində Fransada təhlükəsizlik tədbirləri gücləndirilir
- 29.03.2024 [15:47]
İsveçrənin hidrogen qatarı rekord vurub
- 29.03.2024 [15:39]
Bu ilin fevralında Türkiyənin ticarət balansının kəsiri azalıb
- 29.03.2024 [15:02]