DÜNYA


Apple şirkəti smartfonların müstəqil surətdə təmir edilməsi üçün ehtiyat hissələr və alətlər satacaq

Vaşinqton, 20 noyabr, AZƏRTAC

“iPhone” sahibləri 2022-ci ildən etibarən öz smartfonlarını evdə təmir edə biləcəklər.

AZƏRTAC Apple şirkətinin bəyanatına istinadla xəbər verir ki, şirkət təmir ləvazimatı dəstlərini alıcılar üçün əlçatan edəcək.

Yeni internet-mağaza gələn ilin əvvəlində ABŞ-da, sonra isə Böyük Britaniyada və digər ölkələrdə iPhone12 və iPhone13 smartfonlarının təmiri üçün 200-dən çox müxtəlif adda ehtiyat hissələr və müvafiq alətlər təklif edəcək. Əvvəlcə çox tez-tez sıradan çıxan hissələr - ekran üçün detallar, akkumulyatorlar və kameralar təklif olunacaq. Şirkətin əməliyyatlar üzrə baş direktoru Ceff Uliyams bildirib ki, orijinal ehtiyat hissələrin əlçatanlığının artırılması sayəsində bu şirkətin müştəriləri təmir zəruri yarandıqda daha böyük seçim imkanı əldə edəcəklər.

 

AZƏRTAC-ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.