DÜNYA
“Apple” şirkətinin simsiz enerjidoldurma qurğusunu təqdimetmə müddəti məlum olub
Bakı, 22 iyun, AZƏRTAC
“Apple” şirkəti “AirPower” adlı simsiz enerjidoldurma qurğusunu cari ilin sentyabrında təqdim edəcək.
AZƏRTAC “iz.ru” saytına istinadən bildirir ki, bu, istehsal prosesində çətinlik olması ilə izah edilir. ABŞ şirkəti qurğuların enerji ilə simsiz doldurulması texnologiyasını 2017-ci ilin sentyabrında elan etmişdi. “Bloomberg” agentliyinin məlumatına görə, bütün bu müddət ərzində mühəndislər bir sıra problemi həll etməyə çalışıblar.
İstehsalçıların fikrinə görə, simsiz enerjidoldurma qurğusu universal olmalı və müxtəlif tip qurğuları (“iPhone”, “Apple Watch” və “AirPods”) enerji ilə doldurmalıdır. Buna görə o, bir neçə sensor və mürəkkəb komponentlər dəsti ilə təchiz edilməlidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [14:42]
Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır
- 25.04.2024 [14:39]
Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb
- 25.04.2024 [14:32]
“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq
- 25.04.2024 [14:26]
ABŞ dövlət katibi Antoni Blinken Pekinə gəlib
- 25.04.2024 [13:20]
Bolqarıstan parlamenti spikeri istefaya göndərib
- 25.04.2024 [12:48]
Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb
- 25.04.2024 [12:34]
Hindistanın Racastan ştatında PUA qəzası baş verib
- 25.04.2024 [12:22]
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
- 25.04.2024 [12:12]