DÜNYA


“Apple” yeni “iPad 9.7” və “iPad mini 5”i ilin ilk yarısında təqdim edəcək

Bakı, 18 yanvar, AZƏRTAC 

Cari ilin birinci rübündə “Apple” şirkəti yeni “iPad” və “iPad mini” modellərinin təqdimatını keçirməyi planlaşdırır. Şirkətin tərəfdaşları növbəti aylarda planşetlər üçün sensor ekranların hasilatının həcmini artıracaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, hər iki model əvvəlkinə bənzər displey və yenilənmiş prosessorla təchiz ediləcək. “Apple” şirkəti 7,9 düymlük kompakt “iPad mini 5” planşetini 2015-ci ildən yeniləməyib. “iPad 9.7” isə 2018-ci ildə buraxılıb. Planşetlərdəki yeniliklər hələ ki, açıqlanmır.

KİV-lərin məlumatına əsasən, “iPad mini” displeyinə görə daha ucuz başa gələcək, ekranı isə 10 düym daha böyüyəcək. Bu modellərin korpuslarının kənarları “iPad Pro”dakı kimi daha sərt olacaq. Həmçinin planşetlərdə “Apple Pencil 2” vasitəsilə qeydlər etmək mümkün olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.