DÜNYA


Aprel ayında ABŞ-da pərakəndə satışın həcmi 0,9 faiz artıb

Vaşinqton, 19 may, AZƏRTAC

ABŞ Ticarət Nazirliyinin hesabatına görə, aprel ayında ABŞ-da pərakəndə satışın həcmi əvvəlki ayla müqayisədə 0,9 faiz artıb.

AZƏRTAC xəbər verir ki, mart ayında bu göstərici 1,4 faiz artandan sonra analitiklər aprel ayında onun 1,0 faiz artacağını proqnozlaşdırırdı. 2021-ci ilin aprel ayı ilə müqayisədə bu göstərici 8,2 faiz artıb. Avtomobil satışı müstəsna olmaqla aprel ayında pərakəndə satışın həcmində 0,6 faiz artım qeydə alınıb. Mart ayında bu artım 2,1 faiz idi. Analitiklər apreldə həmin göstəricinin 0,4 faiz artacağını proqnozlaşdırmışdı.

Benzinin qiymətinin atmasına və inflyasiyaya baxmayaraq, pandemiya ilə bağlı məhdudiyyətlər yumşaldılandan sonra bir sıra müəssisə və mağazaların funksionallığının bərpası amerikalı alıcıların fəallaşmasına imkan verir.

AZƏRTAC-ın Vaşinqton bürosu

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.