CƏMİYYƏT


Aprel ayında Aşqabadda “Qeyri-infeksion xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə” mövzusunda konfrans keçiriləcək

Bakı, 23 yanvar, AZƏRTAC

Aprelin 9-10-da Aşqabadda “Qeyri-infeksion xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə” mövzusunda yüksək səviyyəli beynəlxalq konfrans keçiriləcək.

AZƏRTAC “Turkmenistan seqodnya” agentliyinə istinadla xəbər verir ki, Dünya Səhiyyə Təşkilatının (DST) Cenevrədəki qərargahında DST İcraiyyə Şurasının 144-cü sessiyası çərçivəsində keçirilmiş görüşdə həmin konfransa hazırlıq barədə söhbət gedib.

Konfrans qeyri-infeksion xəstəliklərin profilaktikası və onlara qarşı mübarizə məsələlərinə həsr ediləcək. Cenevrə görüşünün iştirakçılarına konfransın proqramı (yüksək səviyyəli plenar müzakirələr, tematik sessiyalar və interaktiv işçi qrupların iclasları), habelə forumun gündəliyi təqdim edilib.

Görüşün sonunda DST üzvü olan bütün ölkələr razılaşdırılmış qərarlar hazırlanması üçün forumda iştiraka dəvət ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.