Azərbaycan Dövlət İnformasiya Agentliyi

ORDU

Aprel döyüşləri Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan hərbi yolla azad etməyə qadir olduğunu göstərdi

Bakı, 28 dekabr, AZƏRTAC

Ermənistanın Azərbaycana qarşı ərazi iddiası ilə başladığı işğalçılıq siyasəti - elan edilməmiş müharibə iyirmi ildən çoxdur davam edir. Atəşkəs elan edilsə də, müharibə hələ bitməyib. Bu illər ərzində ümummilli lider Heydər Əliyev və Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən münaqişənin sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həlli istiqamətində həyata keçirilən siyasət bu gün də davam edir. Dövlətimizin başçısı bütün beynəlxalq tədbirlərdə çıxışlarında, xarici ölkələrin nümayəndə heyətləri ilə görüşlərində münaqişənin həlli ilə bağlı ölkəmizin haqlı mövqeyini diqqətə çatdırır, bu məsələyə dair ətraflı məlumat verir.

Beynəlxalq qurumlar da bu istiqamətdə fəaliyyət həyata keçirir, səylər göstərir, vasitəçilik missiyasını icra etməyə çalışırlar. Lakin beynəlxalq təşkilatların fəaliyyəti hələ ki heç bir nəticə vermir. Bunun əsas səbəbkarı isə Ermənistanın qeyri-konstruktiv mövqeyi və danışıqlar prosesini pozmasıdır.

Bəzi qurumlar və şəxslər məsələyə ədalətsiz mövqedən yanaşsalar da, ikili standartlar mövcud olsa da, Azərbaycan Prezidenti, ölkəmizin müvafiq dövlət qurumları, qeyri-hökumət təşkilatları Vətənimizin taleyüklü məsələsi - ərazi bütövlüyümüzün bərpası istiqamətində səyləri yorulmadan davam etdirirlər. Dövlətimizin başçısı dəfələrlə bəyan edib ki, Azərbaycan bir qarış torpağını da düşmənə güzəştə getməyəcək və Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu ola bilməz.

Aprel döyüşləri buna əyani sübutdur. Torpaq məsələsində düşmənə güzəşt olmayıb, olmayacaq da. Münaqişə yalnız beynəlxalq hüquq normalarına uyğun, BMT tərəfindən tanınmış sərhədlər çərçivəsində və Azərbaycanın ərazi bütövlüyü təmin edilməklə həll olunmalıdır.

Aprel döyüşlərindən sonra ermənilərin hadisənin mahiyyətini, nəticələrini təhrif etməsi, məğlubiyyətə uğrayan düşmənin dünyaya hay-həşir salması beynəlxalq qurumların məsələnin danışıqlar yolu ilə həllinin vacibliyi barədə yenidən müxtəlif bəyanatlar səsləndirməsinə səbəb olub. Nədənsə, bəziləri məhz Ermənistanın işğalçı olduğunu, yumşaq desək, qeyd etməyi unudurlar.

Eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan Ordusunun son illər ən yeni silahlarla təchiz edilməsi istiqamətində görülən işlər erməniləri olduqca ciddi narahat edir. Təcavüzə məruz qalan, əraziləri işğal altında olan bir dövlətin özünü və ordusunu gücləndirməsi, ilk növbədə, bu xalqın və dövlətin borcudur, vəzifəsidir, qanuni haqqıdır. Azərbaycan Prezidentinin də qeyd etdiyi kimi, bizim ordumuzu gücləndirməyimiz, müasir silahlarla təmin etməyimiz təbii haldır. Əgər bu münaqişə ədalətli həll olunsaydı, fikrimcə, çoxlu yeni silah-sursat almağa da lüzum qalmazdı.

Son vaxtlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə obyektinə çevrilən və diqqət çəkən məqamlardan biri də Prezident İlham Əliyevin danışıqlar zamanı dediyi, Dağlıq Qarabağa Azərbaycanın tərkibində beynəlxalq qanunlara müvafiq ən yüksək status verilməsidir. Aprel döyüşlərindən sonra bütün beynəlxalq təşkilatların münaqişənin sülh yolu və danışıqlar vasitəsi ilə həll olunmasını bəyan etməsi bəzi ermənipərəst qüvvələrin və erməni lobbisinin təsiri altına düşən siyasət adamlarının açıqlamaları da diqqətçəkəndir. Maraqlısı odur ki, iqtisadi gücünə, resurslarına, hərbi büdcəsinə, silahlanmaya görə, Ermənistanın imkanlarının müqayisəyəgəlməz dərəcədə Azərbaycandan zəif olduğunu görən, bizimlə rəqabətdə şanssızlıqlarını anlayan, ən əsası döyüşdə məğlub olan ermənilər yenidən virtual “hücum”a başlayıblar. Belə ki, erməni politoloqlar, kriminal hərbi-siyasi rejimin əlaltıları, ermənipərəst, erməni lobbisinin təsiri altına düşən siyasətçilər və ictimai xadimlər Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkünsüzlüyü barədə bəyanatlar yayır, açıqlamalar verirlər. Bəziləri heç vaxt Qarabağın Azərbaycanın tərkibində olmayacağı barədə fikirlər səsləndirməkdən, fərziyyələr yürütməkdən də çəkinmirlər. Azərbaycan Ordusunun apreldə həyata keçirdiyi əks-hücum əməliyyatları ermənilərin və ermənipərəstlərin bu fikirlərinin tam əksini, yəni döyüşərək, vuruşaraq buna nail olmağın mümkünlüyünü sübut etdi.

Dediklərimizin çoxu rəsmi qurumların üzərinə düşən işlərdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü mütləq bərpa olunacaq. Sülh danışıqları baş tutmasa, Azərbaycanın ərazi bütövlüyü döyüşlə təmin olunacaq!.. Torpaqlarımız azad edilməlidir fikri dilimizə, beynimizə, ürəyimizə, əməlimizə hakim kəsilməlidir!

İsa İsmayılov

hərbi jurnalist

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir

Bu gün Xalq artisti Məmməd Bürcəliyevin anadan olmasından 110 il ötür

Məhkəmə-Hüquq Şurasının sədri: Yerli məhkəmələr arbitraj institutunun uğurlu olması üçün lazımi dəstəyi verəcək VİDEO

Naxçıvan Dövlət Universiteti ilə Finlandiyanın Helsinki Universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

"Neftçi"nin legioneri: “Qarabağ”a məğlubiyyətə görə azarkeşlərimizdən üzr istəyirik

Rektor: COP29-un bu il Azərbaycanda keçirilməsi aparılmış məqsədyönlü dövlət siyasətinin bariz nümunəsidir

İnam Kərimov: Azərbaycanda məhkəmə-hüquq islahatları hər zaman dövlətin diqqət mərkəzində olub

“Qarabağ” və “Zirə” Azərbaycan Kubokunda ikinci dəfə finalda qarşılaşacaq

Vətəndaşlara Laçına fərdi avtomobilləri ilə səfər etmələrinə icazə veriləcək

Magistraturaya qəbul imtahanının II cəhdində 19 min 716 nəfər iştirak edəcək

Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”nin göstəricisini təkrarlayıb