Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən şanlı qələbədir

Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən şanlı qələbədir

Ankara, 6 aprel, AZƏRTAC

...Azərbaycan Silahlı Qüvvələrinin 2016-ci ildə düşmən üzərində qazandığı qələbə müasir dövlətçilik tariximizə Aprel döyüşləri rəşadəti kimi yazılıb. Ötən dörd il ərzində bu hərb zəfərimizin ayrı-ayrı istiqamətləri geniş təhlil olunub. Bütün bunlara baxmayaraq, bu rəşadətin ildönümü olduğunu nəzərə alaraq Aprel döyüşlərinin səbəb və nəticələrinə bir daha nəzər salmaq istədik.

Mövzuya keçməzdən əvvəl belə bir sual ətrafında fikir və mülahizələrimizi bölüşək: Aprel döyüşləri baş verməyə bilərdimi?

Suala cavab tapmaq üçün təbii ki, ermənilərin əsassız iddiaları ilə başlanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin yaratdığı vəziyyətə bir daha qayıdaq. 1994-cü il mayın 12-də Azərbaycan və Ermənistan arasında atəşkəs imzalanıb. İşğalçı tərəfin əsassız iddialarının davam etdirilməsini nəzərə alaraq bunu “müvəqqəti atəşkəs” adlandıra bilərik. Qoşunların təmas xətti Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərindədir. Ötən dövrdə Azərbaycan tərəfi mütəmadi olaraq Ermənistan tərəfindən raket, minaatan, tank və top, iri və kiçikçaplı silahlardan atəşə tutulub. Düşmən tərəfi ölkəmizə qarşı dəfələrlə hərbi təxribatlar həyata keçirib, hətta hərbi hava qüvvələrinin iştirakı ilə genişmiqyaslı hücumlara cəhdlər olub, Azərbaycan torpağında icazəsiz və qanunsuz hərbi təlimlər keçirib. Dağlıq Qarabağdakı separatçı rejim Azərbaycanın suveren hüquqlarını pozaraq bu bölgədə qondarma “seçkilər” və “referendum” təşkil edib. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də daxil olmaqla dünya birliyi bu “seçkilərin” qondarma olduğunu və onun nəticələrini tanımadıqlarını bəyan ediblər. Son olaraq Ermənistan bu il 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü Azərbaycanın işğal altındakı ərazilərində qondarma “seçkilər” keçirməsi otuza yaxın dövlət və beynəlxalq təşkilat tərəfindən kəskin şəkildə pislənilib. Həmin dövlətlər və təşkilatlar, o cümlədən ATƏT, Avropa İttifaqı, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, NATO, ATƏT Parlament Assambleyası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, GUAM seçkilərin qeyri-qanuni hesab ediblər. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərlə müqayisədə indi vəziyyət tamamilə dəyişib. Prezident İlham Əliyev dediyi kimi : “Biz Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə daha da geniş şəkildə çatdırırıq və çatdırmalıyıq. Mən burada medianın rolunu yüksək qiymətləndirirəm, işlər davam etdirilməlidir. Əlbəttə, mən görürəm, bilirəm və buna sevinirəm ki, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi dönüş yarada bildik. Çünki əvvəlki dövrlərdə vəziyyət belə idi - hökumətlərarası, dövlətlərarası münasibətlərdən, mənim həmkarlarımla çoxsaylı görüşlərimdə hamı bilirdi, etiraf edirdi və xəritəyə baxanda hər şey bəlli idi ki, kim işğalçıdır, kim işğalın qurbanıdır. Ancaq bu məlumat demək olar ki, siyasi elitanın inhisarında qalırdı...” .

Beləliklə, 2016-cı ilin aprel döyüşləri Azərbaycan xalqının dövlətçilik tarixində aşağıdakı mühüm cəhətlərlə özünə şanlı yer qazana bildi:

– xalqın Prezidentin ətrafında birliyi;

– ötən dövrdə ordu quruculuğu sahəsində əldə olunan uğurlar;

– Silahlı Qüvvələrin peşəkar kontingenti;

– vətəndaşların Vətən uğrunda hər şeydən keçməyə hazır olması;

– xüsusilə gənc nəslin öz Vətənini və torpağını düşməndən qorumaq üçün yüksək əhval-ruhiyyəsi və s.

İndi isə fikir və mülahizələrimizi Aprel döyüşlərini yaradan səbəblərlə davam etdirək. Ümumiyyətlə, təcavüzkar Ermənistanın hərbi təxribatları israrla davam etdirməsi bir daha göstərdi ki, düşmən XIX əsrin sonlarından başlayaraq, günahsız azərbaycanlıların qanını axıtmaqdan usanmayıb. Bəşər tarixinin ən ağır cinayətlərindən olan Xocalı soyqırımı belə düşmən tərəfi normal qaydada düşünməyə, bu qətliamdan peşman olmağa məcbur etməyib. Deməli, düşmən hələ daha neçə-neçə Xocalı soyqırımı kimi cinayətlər törətmək üçün hər an fürsət axtarır. Acınacaqlı hal odur ki, düşmənin hədəfi Azərbaycanın mülki əhalisi, günahsız insanlardır.

Aprel döyüşlərinin səbəb və nəticələrinə nəzər salmazdan əvvəl bu hadisələrədək düşmən tərəfin qoşunların təmas xəttində törətdiyi bəzi təxribatlar və onların qarşısının alınması üçün həyata keçirilən müdafiə tədbirlərinə diqqət yetirək. İşğalçı tərəf davamlı olaraq pilotsuz kəşfiyyat və hücum aparatları ilə Azərbaycan ordusunun mövqeləri üçün hərtərəfli təhlükə yaratmışdı. Bundan başqa, düşmənin kəşfiyyat-diversiya qrupları atəşkəs mövqelərini yarmağa cəhd edirdilər ki, bu hallar hərbi mövqelərdən daha çox, bölgədəki mülki obyektlər və dinc əhali üçün təhlükə olurdu. Eyni zamanda, təcavüzkarların Azərbaycanın işğal altındakı torpaqlarında qanunsuz hərbi təlimlər keçirməsi, əksər hallarda təlimlər çərçivəsində təxribat xarakterli uçuşların həyata keçirilməsi halları baş verirdi. Bu təxribatlar Aprel döyüşlərini qaçılmaz edirdi. Nəticədə düşmən layiqli cavabını aldı.

Əlbəttə ki, Aprel döyüşlərini yaradan səbəbləri və onun nəticələrini təhlil edərkən Ermənistan tərəfinin verdiyi itkilərdən bəhs etməmək mümkün deyil. Xüsusilə qeyd etmək lazımdır ki, təcavüzkar tərəfin itkilərinə, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər olan və bundan sonra baş verəcək insan itkilərinə və digər fəsadlara görə, Ermənistan dövləti və onun bütün dövrlərdəki hakimiyyəti məsuliyyət daşıyır. www.newsarmenia.am saytı yazır ki, Ermənistan tərəfinin itkiləri rəsmi etiraf ediləndən ən azı 12 dəfə çoxdur. Hadisənin ilk günlərində düşmən tərəfindən itkilər barədə etiraf edilənlər isə belədir: 50 ölü, 30 itkin, 100 yaralı və s. Əlbəttə, bu rəqəmləri 12-yə vurduqda dəhşətli bir mənzərə yaranır. İstənilən halda, əsl həqiqət barədə daha aydın təsəvvür yaratmaq üçün yenə də faktlara müraciət edək:

Xidmət etdiyi səngərdən yalnız özünün sağ qaldığını bildirən mayor Edqar Martirosyan deyir: “Canlı qüvvə və texnika baxımından onlar bizdən çox üstün idilər. Deyərdim ki, Azərbaycan tanklarının sayı bizim əsgərlərin sayından çox idi”. Digər erməni hərbiçi Narek Nikoğosyan bildirir: “Aprel döyüşlərinin ilk günlərində bizim hərbçilərimizdən 40 nəfər öldü. Bizim postdan sağ qalan yeganə mənəm. Mərmilər bizi çaşdırmışdı. İlk anlardan başa düşdük ki, bu döyüşdə məhv olacağıq”. Arman Kirakosyanın dediklərindən: “Mənim əsgər yoldaşlarımın hamısı yaralandı və çoxu sonradan öldü. Bizim postdakı hərbçilərdən yalnız iki nəfər sağ qalıb”.

Ermənilərin özlərinin yaydıqları videoda Aprel döyüşlərində məhv edilən erməni hərbçilərinin bir hissəsi olan 62 nəfərin fotosu göstərilməklə adı və soyadı təqdim olunur. Onların ən azı yarısı zabitdir. Ermənistanda ictimai fəallar ötən dövrdə davamlı olaraq hakimiyyəti Aprel döyüşlərində ölən və yaralananların sosial problemlərini həll edə bilməməkdə günahlandırırlar. Əlil erməni hərbçilərin adi protezlərlə təminatı belə yoxdur.

Aprel döyüşlərinin acı nəticələri həm Ermənistan hakimiyyəti, həm də diaspor təşkilatları üçün yeni bir dilənçilik mənbəyinə çevrilib. Ermənilər bu döyüşlərdə yaralananların reabilitasiyası, həlak olanların ailələrinin sosial vəziyyətinin yaxşılaşdırılması, habelə cəbhə bölgəsindəki mövqelərdə xidmət aparan hərbçilərin xüsusilə geyim və ərzaq təminatının yaxşılaşdırılması adı altında yenə də ianə və yardımlar toplamağa başladılar.

Aprel döyüşləri barədə fikirlərimizi davam etdirmək üçün Raymond Aronun “Müharibə və sülh nəzəriyyəsi”nə müraciət edək. Raymond Aron yazır ki, beynəlxalq münasibətlərdə dövləti müharibə şəraitində əsgər, dinc şəraitdə diplomat təmsil edir. Hazırda Azərbaycanda bu prinsiplərin hər ikisinə əməl edilir. Çünki Ermənistan işğalçılıq siyasəti ilə Azərbaycanı çoxistiqamətli müdafiə yaratmağa təhrik edib. Bu hal təkcə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı başa düşülməməlidir. Azərbaycan həm müharibə vəziyyətində olan, həm də böyük güclərin maraqlarının kəsişdiyi geosiyasi bölgədə yerləşir.

Beləliklə, Azərbaycan dövlətinin 2016-cı ilin aprelində işğalçı Ermənistanın növbəti hərbi təxribatlarının qarşısını almaq istiqamətində fəaliyyəti aşağıdakı kimi tənzimlənmişdi:

– Silahlı Qüvvələrin mütəşəkkil müqavimətini təmin etmək;

– diplomatik vasitələrlə döyüşlərin beynəlxalq aləm üçün mühüm əhəmiyyət daşıyan sülhə və sabitliyə yaratdığı təhlükə barədə vəziyyəti dünya dövlətləri ilə müzakirə etmək;

– cəbhədəki vəziyyəti kütləvi informasiya vasitələri sayəsində beynəlxalq ictimaiyyətə çatdırmaq;

– əhalinin əhval-ruhiyyəsindəki nikbinliyi qorumaq və s.

Aprel döyüşlərindən bəhs edərkən təbii ki, hərb rəşadətimizin şanlı səhifəsinin müəllifi olan qəhrəman hərbçilərimizə və onların ailələrinə göstərilən dövlət qayğısı, Cocuq Mərcanlıya tarixi qayıdış barədə mühüm məqamları qeyd etmək olduqca vacibdir.

Qeyd edək ki, 2017-ci il aprelin 3-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Ordusunun Aprel döyüşləri zamanı yaralanmış bir qrup əsgər və zabiti ilə görüşüb. Görüşdə Mehriban Əliyevanın iştirakı ilə “2016-cı ilin Aprel döyüşlərində yaralanmış əsgər və zabitlərin yüksək texnologiyalı protezlərlə təmin edilməsi” layihəsi təqdim olunub.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı sərəncamları bir daha dünya ictimaiyyətinə nümayiş etdirdi ki, Azərbaycan xalqı heç zaman bir qarış torpağını da güzəştə getməyəcək. Azərbaycanın hər bir yerindən Cocuq Mərcanlının yeni sakini olmaq üçün edilən müraciətlər xalqımızın Vətən sevgisinin təzahürü kimi tarixə yazıldı.

Prezident İlham Əliyev Cocuq Mərcanlı kəndinin bərpası çərçivəsində görülən işlərlə tanışlıq zamanı kənd sakini Oqtay Həziyevin evində olub. Səkkiz nəfərlik bu ailə təhlükəli olmasına baxmayaraq, 1994-cü ilin aprelindən kənddə yaşayıb və bütün məcburi köçkünlərə nümunə olmaqla yanaşı, əsl vətənpərvərlik və fədakarlıq göstərib. Prezident İlham Əliyev Oqtay Həziyevi 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etməklə onun vətənpərvərlik ruhuna yüksək qiymət verdi.

Ümumiyyətlə, Cocuq Mərcanlının bərpası Azərbaycanın dövlətçilik tarixinin zəngin ənənələrini əks etdirir. Onlardan biri də Prezident İlham Əliyevin tapşırığına əsasən Cocuq Mərcanlı kəndində Şuşa məscidinin bənzəri olan məscid tikilməsidir. Bu müqəddəs ocağın inşası işğalçı Ermənistana və beynəlxalq aləmə bir mesajdır. Bu, bir daha dünyaya bəyan edir ki, Azərbaycan İslam dünyasının bir parçasıdır, öz tarixi keçmişinə sadiqdir. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası həm də o deməkdir ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Burada daha bir tamamlayıcı hal budur ki, beynəlxalq KİV-lər və dünyanın nüfuzlu din xadimləri bu məscidin tikilməsini 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsinə dəyərli töhfə kimi dəyərləndiriblər.

Aprel döyüşlərinin zəfərlə başa çatması, şəhid ailələri və qazilərimizə göstərilən dövlət qayğısı, Cocuq Mərcanlıya tarixi qayıdış, bu məkanın müasir standartlara uyğun yenidən qurulması müstəqil Azərbaycanda formalaşan dövlətçilik ənənələrinin və milli ənənələrin bariz nümunələridir.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNİB

Azad olunmuş ərazilərə olan avtobus reyslərinin may ayı üzrə biletləri satışa çıxarılır

Bəzi qan təzyiqi dərmanları gözə zərər vura bilər

Anar Bağırov: Artıq vəkil olmaq hüquqşünaslar üçün bir prestij məsələsidir

“Euronews”: Bakı limanı ticarət və logistika sahəsində qlobal lider rolunu daha da möhkəmləndirmək əzmindədir

Yol hərəkəti qaydalarını pozan 196 piyada haqqında inzibati protokol tətbiq olunub

Əliyar Ağayev “Panatinaikos”un oyununa təyinat alıb

Məhəmməd Füzuli yaradıcılığına həsr olunmuş tədbir keçirilib

Penitensiar xidmətin rəisi Türkiyədə beynəlxalq tədbirdə iştirak edib

KOBİA sədri: Naxçıvanda sahibkarlar kənd təsərrüfatına investisiya yatırmaqda maraqlıdırlar

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNİB

Masallıda qida sahəsində işləmək istəyən vətəndaşların müraciətlərinə baxılıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

® “Caspian Energy Club” və AISA-nın təşkilatçılığı ilə “CEO MeetUp HSE day” keçirilib

"Gəncə və gəncəlilər" layihəsi növbəti dəfə Xalq artisti Fikrət Verdiyevə həsr olunub

BMU-da tələbələr üçün “Karyera günü”

Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyə universiteti ilə ATU arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır