Aprel döyüşləri şəhidinin doğum günündə xatirəsi anılıb
AzerTAg.az
Bakı, 27 iyul, AZƏRTAC
Aprel döyüşləri zamanı şəhid olan Elimdar Səfərovun doğum günündə xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan Partiyası (YAP) Neftçala rayon təşkilatının sədri Ülvi Fərzəliyev, Neftçala Rayon İcra Hakimiyyəti Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İlqar Həsənov, şəhid ailələri, döyüş yoldaşları, Aşağı Qaramanlı kənd ərazi partiya təşkilatının fəalları, din xadimləri Aprel döyüşləri zamanı şəhid olmuş Elimdar Səfərovun doğum günü münasibətilə məzarını ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Sonra şəhidin ailəsi ziyarət olunub, qəhrəmanın keçdiyi şərəfli həyat və döyüş yolundan geniş bəhs edilib.
Şəhidimizin ailəsi dövlət səviyyəsində onlara göstərilən diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.



Xəbərin mətnində orfoqrafik səhv var