REGİONLAR


Aprel döyüşlərində şəhid olan əsgərin xatirəsi anılıb

Göyçay, 6 aprel, AZƏRTAC

1996-cı ildə Göyçay rayonunun Çaxırlı kəndində anadan olan, şanlı Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan əsgər Teymur Qasımovun xatirəsi yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Teymur Qasımov 2016-cı il aprelin 5-də doğulduğu kənddə-Çaxırlıda son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə göyçaylı, habelə şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri qatılıblar. Ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalla təltif edilib. Rayon icra hakimiyyəti başçısının təşəbbüsü ilə kəndin mərkəzi küçəsinə Teymur Mikayıl oğlu Qasımovun adı verilib. Göyçay Gənclər Mərkəzində onun “Biz səninlə qürur duyuruq”, “Şəhidlər unudulmur” xatirə guşəsi yaradılıb.

Şəhidlik zirvəsinə ucaldığının ildönümü ilə əlaqədar 89 saylı Göyçay-Ağdaş Seçki Dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyevin tapşırığı ilə köməkçisi Anar Nağıyev şəhidin evinə gəlib, ailə üzvləri ilə görüşüb. Göyçay Bayraq Muzeyinin rəhbərliyi, ictimai fəallar şəhidin məzarını ziyarət edib, üstünə tər qərənfillər düzüblər. Ruhuna dualar oxunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.