REGİONLAR
Aprel şəhidi gizir Ravil Novruzov haqqında film çəkilir
Xızı, 20 iyun, Elxan Yusifli, AZƏRTAC
2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olan Ravil Novruzovun həyat və döyüş yolundan bəhs edən film çəkilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, filmin çəkilişləri şəhidin doğulub boya-başa çatdığı Xızı rayonunda həyata keçirilir. Filmdə şəhid R.Novruzovun obrazını gənc aktyor Rəşad Əliyarov canlandırır.
“Gerçək olan arzu” adlı 30 dəqiqəlik ekran işinin “ARB Media Qrup”a daxil olan “ARB Günəş” də yayımlanması nəzərdə tutulub.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəsi Şurasının maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyinin layihəsi çərçivəsində ərsəyə gələcək filmin iyulda tamaşaçılara təqdim olunması nəzərdə tutulub.
Filmin rejissoru Dəyanət Rzayev, prodüseri Vəli Turan, ssenari müəllifi Coşqun Beydullayev, quruluşçu operatoru Elmar Nəbiyevdir.
Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində cəbhə bölgəsində gedən döyüşlərdə şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin giziri Ravil Novruzov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalına layiq görülüb.