DÜNYA


Apreldə Avropa İttifaqında inflyasiya 8,1 faizə yüksəlib

Roma, 18 may, AZƏRTAC

Enerji qiymətlərindəki artım səbəbindən aprel ayında Avropa İttifaqında (Aİ) inflyasiya 8,1 faiz təşkil edib. Aİ-də martda inflyasiya 7,8 faiz idi.

AZƏRTAC xəbər verir ki, Avropa Statistika Bürosunun (“Eurostat”) məlumatına görə, Avrozonada isə martda 7,4 faiz olan inflyasiya göstəricisi aprel ayında da eyni səviyyədə qalıb. Bu, Avrozonada inflyasiya səviyyəsinin qeydiyyatının aparıldığı 1997-ci ildən bəri rekord göstəricidir.

Apreldə Avrozonada inflyasiya artımına 3,7 faiz ilə ən böyük töhfəni enerji məhsulları verib. Enerjidən sonra 1,38 faizlə xidmətlər, 1,35 faizlə qida, spirt və tütün məmulatları, 1,02 faizlə qeyri-enerji sənaye məhsulları gəlir.

Xatırladaq ki, ötən ilin aprelində inflyasiya Aİ-də 2 faiz, Avrozonada isə 1,6 faiz idi.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.