İQTİSADİYYAT


Apreldə Bakıda Almaniya-Azərbaycan biznes forumu keçiriləcək

Bakı, 4 dekabr, AZƏRTAC

Aprelin 28-də Bakıda "Azərbaycanda davamlı su və tullantı sularının idarə edilməsi" mövzusunda Almaniya-Azərbaycan biznes forumu keçiriləcək.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından (“AHK-Azərbaycan”) AZƏRTAC-a bildirilib ki, biznes forum hər iki ölkənin şirkətləri arasında həllyönümlü ikitərəfli mübadilə imkanlarına yol açacaq.

Qeyd edək ki, alman texnologiya təminatçıları aprelin 27-30-da ölkəmizdə səfərdə olacaq. Nümayəndə heyəti səfəri zamanı Azərbaycan bazarı haqqında konkret ilkin məlumatları əldə edəcək və B2B görüşlər, dövlət qurumlarına ziyarətlər, dəyirmi masalar vasitəsilə ölkənin əsas səlahiyyətli qurumları ilə əlaqə yaratmaq imkanı əldə edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.