İQTİSADİYYAT


Apreldə Bakıda “İntellektual Nəqliyyat Sistemi” adlı seminar keçiriləcək

Bakı, 9 mart, Pərvanə Rəhimova, AZƏRTAC

Aprelin 16-17-də Bakıda Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə “İntellektual Nəqliyyat Sistemi” adlı seminar keçiriləcək.

AZƏRTAC BTİ-yə istinadla xəbər verir ki, seminar nazirliklərin, tənzimləyici orqanların, telekommunikasiya operatorlarının, avadanlıq istehsalçılarının və proqram təminatının, elmi-tədqiqat və dizayn institutlarının və MDB regionundan olan digər maraqlı təşkilatların nümayəndələri üçün nəzərdə tutulub. Seminarın məqsədi ağıllı nəqliyyat sistemlərinin inkişafı problemlərinin müzakirəsidir.

Seminar çərçivəsində “Ağıllı nəqliyyat sistemlərinin inkişafında strateji aspektlər və beynəlxalq əməkdaşlıq”, “Ağıllı nəqliyyat sistemlərinin inkişafı üçün İKT-nin uğurlu istifadəsi nümunələri”, “Ağıllı nəqliyyat sistemləri sahəsində texniki həllər” və “Ağıllı nəqliyyat sistemlərinin tətbiqi sahəsində normativ hüquqi məsələlər” adlı mövzularda müzakirələr aparılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.