İQTİSADİYYAT


Apreldə “Bir Pəncərə” vasitəsilə 17,1 milyon dollarlıq qeyri-neft ixracı həyata keçirilib

Bakı, 29 aprel, AZƏRTAC

2021-ci ilin aprel ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17,1 milyon ABŞ dolları olub.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2021-ci ilin aprel sayına istinadla xəbər verir ki, 2017-ci ildən bu ilin aprel ayınadək “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 537,7 milyon ABŞ dolları təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.