İQTİSADİYYAT


Apreldə Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 628 vətəndaş müraciət edib

Bakı, 7 may, AZƏRTAC

Aprel ayında istehlakçıların hüquqlarının qorunması, abonentlərin elektrik və istilik enerjisi, təbii qazla təchizatı və digər məsələlərlə bağlı Enerji Məsələlərini Tənzimləmə Agentliyinə (AERA) bilavasitə və Energetika Nazirliyindən 628 müraciət daxil olub.

Agentlikdən AZƏRTAC-a bildirilib ki, ay ərzində elektrik enerjisi təchizatı ilə bağlı 471, təbii qaz təchizatı üzrə 64 müraciət vətəndaş müraciəti daxil olub. Altı vətəndaş müraciəti istilik təchizatı ilə bağlı olub, 87 müraciət digər məsələləri əhatə edib.

628 müraciətdən 217-si agentlik tərəfindən araşdırılaraq cavablandırılıb (2 müraciət müvafiq qaydada baxılması və tədbir görülməsi üçün aidiyyəti qurumlara göndərilib), 1 müraciət Energetika Nazirliyi ilə müştərək icra edilib, 342 müraciət hazırda baxılma prosesindədir. 68 müraciət isə məlumat xarakterli olub, onlardan 13-ü qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubu olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.