İQTİSADİYYAT


Apreldə İqtisadiyyat Nazirliyinin “195-2” Çağrı Mərkəzinə 1600-dən çox müraciət olub

Bakı, 18 may, AZƏRTAC

2018-ci ilin aprel ayında İqtisadiyyat Nazirliyinin “195-2” Çağrı Mərkəzinə 1600-dən çox müraciət olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu müraciətlərin 600-dən çoxu canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək İqtisadiyyat Nazirliyinin “195-2” Çağrı Mərkəzinə 76 mindən çox müraciət daxil olub.

Ötən ay daxil olmuş müraciətlər əsasən, lisenziyaların verilməsi, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin alınması, istehlakçıların hüquqlarının müdafiəsi, qrant müqavilələrinin (qərarların) qeydə alınması, investisiya təşviqi və təsdiqedici sənədlərin verilməsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid digər məsələləri əhatə edib.

Çağrı Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən müraciətlər isə nazirliyin aidiyyəti strukturları tərəfindən araşdırılmaqla qanunvericiliyə uyğun tədbirlər görülüb və müraciət edən şəxslərə cavab verilib.

Qeyd edək ki, “195-2” Çağrı Mərkəzi ilə ölkə ərazisində bütün stasionar və mobil telefonlardan istifadə etməklə birbaşa əlaqə saxlamaq mümkündür. Stasionar telefonlardan daxil olan zənglər və “195-2” tərəfindən göstərilən bütün xidmətlər ödənişsizdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.