İQTİSADİYYAT


Apreldə Rusiya iş adamları Azərbaycana gələcək

Bakı, 18 yanvar, AZƏRTAC

Aprelin 4-dən 6-dək Rusiyanın iş adamlarının ölkəmizə biznes missiyası təşkil olunacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, biznes-missiyanın təşkilatçısı Rusiyanın Kiçik və Orta İxracatçıları Assosiasiyasıdır.

Biznes missiyasının hazırlanmasında hər bir iştirakçı şirkət üçün potensial tərəfdaşlar axtarılır və maraqlı şirkətlərlə mütəşəkkil danışıqlar təşkil edilir. İştirakçılar üçün milli ticarət nümayəndəliyinə, biznes assosiasiyalara səfərlər, nazirlik və qurumların, işgüzar birliklərin və ticarət-sənaye palatalarının nümayəndələri ilə görüşlər təşkil ediləcək.

Bu il coğrafiyasını genişləndirən Kiçik və Orta İxracatçılar Assosiasiyası ənənəvi sahələrdən əlavə Azərbaycan, Türkiyə, Monqolustan və Tacikistana işgüzar missiyalar təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.