İQTİSADİYYAT


Apreldə dəmir yolu ilə 276,3 milyon dollarlıq yük daşınıb

Bakı, 19 may, AZƏRTAC

Apreldə dəmir yolu nəqliyyatı ilə ümumilikdə 515 min 70 ton yük daşınıb ki, bu yüklərin dəyəri 276,3 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 165 min 490 ton yükün dəyəri 74,6 milyon dollar təşkil edib.

Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 349 min 579 ton, dəyəri isə 201,6 milyon dollar olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.