İQTİSADİYYAT
Apreldə hərraca çıxarılacaq əmlaklar açıqlanıb
Bakı, 29 mart, AZƏRTAC
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aprelin 4, 11, 12 və 18-də keçiriləcək hərraca 88 sayda çeşidli əmlaklar çıxarılıb.
Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, aprelin 4-də keçiriləcək hərraca 10 obyekt, 11-də isə 14 obyekt və 33 nəqliyyat vasitəsi çıxarılıb. Özəlləşdirilməyə çıxarılan dövlət əmlakları arasında yardımçı təsərrüfat, hamam, iaşə obyektləri, mağaza da var. Aprelin 12-də keçiriləcək hərraca “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə və Əmanətlərin Sığortalanması Fonduna məxsus 4 avtomobil çıxarılıb.
Aprelin 18-də təşkil olunacaq hərracda isə alıcılara 27 nəqliyyat vasitəsi təklif olunur. Qeyd olunan tarixə çıxarılan nəqliyyat vasitələrinin siyahısında ilkin start qiyməti 30 min manat olan gəmi də var. Hərraca çıxarılan əmlakların tam siyahısı: (https://clck.ru/33TqtH).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]