İQTİSADİYYAT


Apreldə vergiödəyicilərinə xidmət strukturlarında 39592 vətəndaşa 56940 xidmət göstərilib

Bakı, 18 may, AZƏRTAC 

2018-ci ilin aprel ayı ərzində Vergilər Nazirliyinin “Çağrı Mərkəzi”nin əməkdaşları tərəfindən canlı əlaqə zamanı daxil olan 25652 zəng cavablandırılıb. Vergiödəyicilərinin məlumatlandırılması məqsədilə onlara 287351 SMS göndərilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-a bildirilib ki, ay ərzində Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə (www.taxes.gov.az) 424463 daxilolma qeydə alınıb, saytın “Sual-cavab” bölməsi vasitəsilə daxil olan 119 sual cavablandırılıb.

Aprel ayında vergiödəyicilərinə xidmət strukturlarında 39592 vətəndaşa 56940 xidmət göstərilib, vergiödəyicilərinə ay ərzində 19767, ümumilikdə isə 492321 “Asan İmza” sertifikatı verilib. Həmçinin 7258 vergiödəyicisi (1046 hüquqi şəxs, 6212 fiziki şəxs), 2554 təsərrüfat subyekti (obyekti), 1536 NKA və 760 POS-terminal qeydiyyata alınıb.

Hazırda “Tax free” sistemindən istifadə edən vergiödəyicilərinin sayı 81, obyektlərin sayı isə 383-dür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.