CƏMİYYƏT


Apreldən bəri ilan sancması ilə əlaqədar 35 müraciət daxil olub

Bakı, 13 iyun, AZƏRTAC

Aprel ayından etibarən tibb müəssisələrinə ilan sancması halları ilə əlaqədar 35 müraciət daxil olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı şəhər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin baş həkimi Azər Maqsudov məlumat verib. Zərərçəkənlərin hamısı müayinə edilib, onlara zəhərə qarşı zərdab vurulub.

May ayında ilan sancması ilə əlaqədar tibbi yardıma gətirilənlər arasında iki azyaşlı uşaq da olub.

Hazırda şöbədə ilan sancmasından əziyyət çəkən 4 xəstə müalicə alır. Onlardan birinin vəziyyəti ağır, qalanlarının orta ağırdır. Ən çox ilan sancması halları Şirvanda, Yevlax, Bərdə, Tovuz və Şəmkir rayonlarında qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.