CƏMİYYƏT


Aprelin 10-da növbəti ağacpaylama aksiyası keçiriləcək

Bakı, 9 aprel, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Bu yaz özün bir təbiət yarat!” devizi altında keçirilən yaz ağacəkmə kampaniyası çərçivəsində vətəndaşlara müxtəlifcinsli ağac tinglərinin paylanılması aksiyası davam edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, növbəti aksiya aprelin 10-da Bakının Səbail rayonunda Dövlət Dəniz Administrasiyasının qarşısındakı parkda saat 11:00-dan 12:00-dək, Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Heydər Əliyev” parkının qarşısında saat 12:00-dan 13:00-dək, Nərimanov rayonu “Nəriman Nərimanov” parkının qarşısında saat 14:00-dan 15:00-dək, Sumqayıtda “Lüdviqshafen” parkının, Mingəçevirdə isə “Dostluq” parkının qarşısında saat 11:00-dan 13:00-dək keçiriləcək.

Aksiyalarda, həmçinin nazirliyin mütəxəssisləri sakinlərə tinglərin əkilməsi və onlara qulluq göstərilməsi qaydalarına dair tövsiyələr də verəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.