ELM VƏ TƏHSİL


Aprelin 15-də və 16-da keçiriləcək buraxılış imtahanlarında 26 mindən çox şagirdin iştirakı nəzərdə tutulur

Bakı,13 aprel, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 15-də keçiriləcək buraxılış imtahanlarda 8124, aprelin 16-da keçiriləcək imtahanlarda isə 18367 nəfər olmaqla, ümumilikdə 26491 şagirdin iştirakı nəzərdə tutulur.

DİM-dən AZƏRTAC-a bildirilib ki, hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə onlayn təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb.

Xatırladaq ki, aprelin 15-də və 16-da respublikanın 25 şəhər və rayonunda tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək. İmtahanlar saat 11:00-da başlanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.