ELM VƏ TƏHSİL


Aprelin 1-də elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyənləşib

Bakı, 8 may, AZƏRTAC 

Aprelin 1-də elan edilmiş müsabiqənin müsahibə mərhələsinin keçirilmə qrafiki müəyyən edilib.

Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildirilib ki, müsahibələrin mayın 15–dən oktyabrın 21-dək keçirilməsi nəzərdə tutulur. Müsahibədə iştirak üçün qeydiyyatdan keçmiş namizədlər müsahibə vaxtı və yeri haqqında daha ətraflı məlumatı DİM-in rəsmi saytından əldə edə bilərlər.

Elan üzrə 9 dövlət orqanında mövcud olan inzibati dövlət qulluğu vəzifələrinə aid 303 (A növündə 6 vakant vəzifə üzrə 6 yer, B növündə 297 vakant vəzifə üzrə 343 yer) vakant vəzifə müsahibəyə çıxarılıb. Elana çıxarılan vəzifələr üzrə qeydiyyatdan keçmiş 1007 namizədlə 3467 müsahibənin keçirilməsi planlaşdırılır.

Ən yüksək müsabiqə vəziyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nazirliyin yanında Dövlət Məşğulluq Xidməti, Bakı Şəhər Məşğulluq İdarəsi, Peşə hazırlığı və sosial müdafiə sektorunda aparıcı məsləhətçi (1 vakant yer üzrə 216 namizəd), nazirliyin yanında Dövlət Sosial Müdafiə Fondu, Xüsusi şərtlərlə təyinat idarəsi, Vətəndaş müraciətlərinə baxılması sektorunda aparıcı məsləhətçi (1 yerə 194 namizəd), nazirliyin yanında Dövlət Məşğulluq Xidməti, Rayon (şəhər) məşğulluq mərkəzləri, Xətai rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda məsləhətçi (1 yerə 171 namizəd), nazirliyin yanında Dövlət Məşğulluq Xidməti, Rayon (şəhər) məşğulluq mərkəzləri, Sabunçu Rayon Məşğulluq Mərkəzi, İşaxtaran və işsiz vətəndaşların sosial müdafiəsi sektorunda aparıcı məsləhətçi (1 yerə 127 namizəd) vəzifələri üzrə qeydə alınıb.

Müsahibələrin təşkili və keçirilməsi üçün DİM və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Mərkəz namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Mərkəzin məlumat bazasında qeydiyyata alınır. Seçilmiş vəzifədən imtina etmək üçün müsahibələrin keçirilmə qrafikində adı seçib açılan müraciət formasında "İMTİNA" düyməsini sıxmaq lazımdır.

Namizədlər müsahibə vaxtından ən azı 30 dəqiqə əvvəl müsahibələrin keçiriləcəyi binaya yaxınlaşmalıdırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.