CƏMİYYƏT


Aprelin 1-i Beynəlxalq Quşlar Günüdür

Bakı, 1 aprel, AZƏRTAC

Aprelin 1-i Beynəlxalq Quşlar Günü kimi qeyd edilir. 1906-cı il aprelin 1-də quşların mühafizəsinə dair Beynəlxalq Konvensiya imzalanıb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Quşlar Günü hər il UNESCO tərəfindən həyata keçirilən xüsusi proqram çərçivəsində qeyd edilir. Bu günün keçirilməsində əsas məqsəd vəhşi quşların sayını və növ müxtəlifliyini qorumaqdır.

Beynəlxalq statistikaya görə, dünyada 100 mindən çox quş növü var. Yaxın keçmişdə 200-300 quş növü tükənib. Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov bildirib ki, ölkəmizdə 400-dən çox quş növü qeydə alınıb. Ölkəmizdə qeydə alınan növlər 18 dəstə və 61 fəsiləyə mənsubdur. Bunların 40 faizi oturaq növ olmaqla, respublika ərazisində ilboyu müşahidə edilirlər, 27 faizi qışlayan və 10 faizdən çoxu isə köç vaxtı qeydə alınan növlərdir. Avrasiyadakı ən böyük miqrasiya yollarından biri Azərbaycan ərazisindən keçir. Şərqi Avropa və Qərbi Sibirdən cənuba və Şərqi Afrikaya, Cənub-Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə edir. Avropada qışlayan quşların ən çox olduğu yerlərdən biri olan ölkəmizdə 1-1,5 milyon su quşu qışlayır. Digər qışlayan quşlardan isə bəzgəklərin sayına görə ölkəmiz dünyada birinci yerdədir. Belə ki, 100-200 min arasında bəzgək respublika ərazisində qışlayır.

Respublikamızda yaşayan 72 növ quş Azərbaycanın “Qırmızı kitab”ına daxil edilib. Azərbaycan ornitofaunasının isə 30 növü “Dünya Qırmızı Kitab”ında yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.