CƏMİYYƏT


Aprelin 24-dən 30-dək ölkəmizdə immunlaşdırma həftəsi keçiriləcək

Bakı, 12 aprel, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin ölkəmizdə də yüksək səviyyədə təşkili məqsədilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əmrə əsasən bu il aprelin 24-dən 30-dək ölkəmizin bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin təşkili Səhiyyə Nazirliyinin tibbi idarə və müəssisələrinin rəhbərlərinə tapşırılır.

Sənəddə, həmçinin hər hansı səbəbə görə immunlaşdırmadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, həftə ərzində peyvəndlərlə əhatə səviyyəsinə nəzarət məqsədilə rayonlarda monitorinq keçirilməsi, əhalinin bu barədə maarifləndirilməsi məsələləri də öz əksini tapıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.