CƏMİYYƏT
Aprelin 26-da hava şəraitinin mülayimləşməsi gözlənilir
Bakı, 24 aprel, G.Mahmudlu, AZƏRTAC
Hazırda müşahidə olunan hava şəraiti aprel ayı üçün xarakterikdir. Temperatur və yağıntının miqdarı iqlim normasına yaxındır.
Əvvəlki illərdə də apreldə dəyişkən hava şəraiti hökm sürüb. Bəzi günlərdə temperaturun yüksəlməsi, bəzi günlərdə isə qeyri-sabit, yağıntılı, küləkli hava müşahidə olunub, dağlıq və dağətəyi zonalara qar, sulu qar yağıb.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova məlumat verib.
G.Məmmədova bildirib ki, aprelin 24-ü gecə və səhər hava nisbətən mülayim keçsə də, 25-i günorta güclü şimal, şimal-qərb küləyi əsəcək. Aprelin 26-da hava şəraitinin mülayimləşməsi ehtimalı var. Havanın temperaturunun Bakıda və Abşeron yarımadasında 14-17° isti, Azərbaycanın rayonlarında isə 15-20° isti təşkil edəcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:27]
Avqustun 30-u axşamadək əksər rayonlarda hava yağıntılı olacaq
- 27.08.2023 [23:39]
Asif Verdiyev: Yağışlarla əlaqədar əksər çaylarda sululuq artıb
- 27.08.2023 [17:31]
Faktiki hava: Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti hökm sürür
- 27.08.2023 [13:00]
Sabahın hava proqnozu açıqlanıb
- 26.08.2023 [17:00]
Azərbaycanın rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir
- 26.08.2023 [11:04]
Qeyri-sabit, yağıntılı hava şəraiti avqustun 27-si səhərədək davam edəcək
- 25.08.2023 [22:32]
Paytaxt havasında dəm qazının miqdarı normanı ötüb
- 25.08.2023 [22:23]